Yaponiyanın Honsü adası sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 239 min nəfərin yaşadığı Aomori prefekturasının Haçinohe şəhərindən 70 km cənub-şərqdə yerləşib. Yeraltı təkanın ocağı 59 km dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.