Buğalarla bağlı məşhur mif təkzib olundu: Onlar qırmızı rəngə yox, əsasən...

Bu gün, 11:04           
Buğalarla bağlı məşhur mif təkzib olundu:
Buğaların qırmızı rəngə əsəbiləşdiyi ilə bağlı uzun illərdir davam edən məşhur inancın elmi əsası olmadığı bildirilib.

Demokrat.az xəbər verir ki, mütəxəssislərə görə, buğa qırmızı rəngi insanlar kimi fərqləndirmir və heyvanın reaksiyasını rəng deyil, hərəkət müəyyən edir.

Mütəxəssislər bildirirlər ki, hücumu yaradan əsas səbəb rəng deyil, qarşısında sürətli və diqqətçəkici hərəkət edən obyektlərdir. Yəni örtük hansı rəngdə olursa-olsun, buğa oxşar reaksiyanı göstərə bilər.

Sabit rəngli obyektlərə xüsusi reaksiya verilmədiyi, lakin hərəkət edən hədəflərin buğanın diqqətini daha çox çəkdiyi qeyd olunur.

Qırmızı parça isə əsasən ənənəvi və vizual səbəblərlə istifadə olunur. Bu rəng həm tamaşa üçün estetik görüntü yaradır, həm də arenada yaranan ləkələrin daha az nəzərə çarpmasına kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru