Rusiya dövlət telekanalından təxribatçı görüntülər — Ukraynada "Artsax" nişanlı könüllülər döyüşür? (VİDEO)

Bu gün, 10:54           
Rusiya dövlət telekanalından təxribatçı görüntülər —
Rusiyanın Ukraynada döyüşən Cənub ordu qruplaşmasının tərkibində erməni döyüşçülərindn ibarət “Arbat” könüllü korpusu var.

Demokrat.az bildirir ki, bu barədə Rusiyanın «Россия-1» telekanalının sujetində açıqlanıb.

Bu kadrlarda həmin döyüşçülərin üzərində qondarma Dağlıq Qaraağ separatçılarının simvolu olan hərbi geyimdə olduğu görünür. Şərti adlarla danışan erməni əsilli bu şəxslər Ukraynada döyüşdüklərinə görə, Ermənistanda təqib olunduqlarını deyirlər. Bu şəxslərdən biri Rusiya sülhməramlıları Qarabağda olarkən onlarla işlədiyini bildirib.

Telekanal “Artsax” yazılmış nişanı böyük planda tamaşaçlara təqdim edib.

Bu, Azərbaycana qarşı növbəti təxribatdır. Rusiya dövlət televiziyasının efirindən hərbi cinayətkarı təbliğ etmək və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmaq çirkin niyyətdən xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru