Ukrayna beynəlxalq haker qruplaşmasından müsadirə edilən kriptovalyuta aktivlərinə sahib oldu
Bu gün, 11:38
Ukrayna hakerlərdən müsadirə edilmiş 8.3 milyon USDT (dollar "tether"i - dəyəri hər zaman 1 ABŞ dollarına bərabər olan "stablecoin" növü - red.) dəyərində kriptovalyuta aktivlərinə nəzarəti əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru Ruslan Kravçenkonun mətbuat xidməti "Telegram" kanalında məlumat verib.
"Bu gün Ukrayna Aktivlərin Axtarışı və Menecmenti Agentliyinin kriptovalyuta cüzdanına 8.3 milyondan çox USDT köçürülüb ki, bu, 372 milyondan çox qrivendən çoxdur. İlk dəfədir ki, həbs qoyulmuş kriptovalyuta aktivləri faktiki olaraq dövlətin idarəçiliyinə verilir", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, vəsaitlər Avropa ölkələri və ABŞ-də vətəndaşlara və şirkətlərə kiberhücumlar həyata keçirən beynəlxalq haker qruplaşmasından müsadirə edilib.