“Xameneyinin mühafizəçisi İsrail agenti olub”- İranlı deputatdan şok açıqlama
Bu gün, 00:13
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani İslam Respublikasının həssas qurumlarına sızma məsələsinə toxunaraq bildirib ki, Əli Xameneyinin iclas keçirdiyi yerin müəyyən edilməsi onun yaxın ətrafında casus olmadan mümkün deyildi.
Korrekt.az xəbər verir ki, o deyib: “Məsələn, sizcə rəhbərin filan gün iclası olacağını necə bildilər? Məlumdur ki, casus düz qulaqlarının dibində olub. Onun mühafizəçilərindən biri mümkündür ki, İsrailin agenti olub. Bu məsələlər araşdırılmalıdır”.