Ukraynanın bombardmançı təyyarəsi qəzaya uğradı

Bu gün, 12:42           
Ukraynanın bombardmançı təyyarəsi qəzaya uğradı
Ukrayna ordusuna məxsus Su-24M (Suxoy) bombardmançı təyyarəsi tapşırıq yerinə yetirərkən Xmelnitski vilayətində qəzaya uğrayıb, hər iki pilot həlak olub.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, orduya məxsus Su-24M bombardmançı təyyarəsi yerli vaxtla axşam saat 19:00-da Xmelnitski bölgəsində qəzaya uğrayıb.

Açıqlamada döyüş təyyarəsinin missiya zamanı qəzaya uğradığı qeyd olunub: “Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları qəza yerində işlərini davam etdirir. İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur. Qəzanın səbəbləri və şəraiti araşdırılır.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru