Yuxusuzluqla mübarizədə təbii və effektiv vasitə

Bu gün, 12:18           
Yuxusuzluqla mübarizədə təbii və effektiv vasitə
Kivinin tərkibindəki yüksək serotonin konsentrasiyası orqanizmdə melatonin ifrazına birbaşa təsir göstərir. Məhz bu xüsusiyyətinə görə meyvə somnoloqların tövsiyələrində ön sıralarda yer alır.

"The Mirror" nəşri xəbər verir ki, yatmazdan əvvəl müntəzəm olaraq kivi yemək yuxusuzluqla mübarizədə effektiv vasitədir.

Bir ay davam edən təcrübə göstərib ki, yatmazdan bir saat əvvəl iki kivi yemək yuxuya getmə müddətini qısaldır. Təcrübə iştirakçıları gecə daha az oyanıb, səhərlər isə özlərini daha gümrah hiss ediblər. Kivi yuxu keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, orqanizmdə kortizolun səviyyəsini də aşağı salmağa kömək edir.

Qastroenteroloq Sergey Danilov Pravda.ru-ya verdiyi açıqlamada bildirib ki, "Bir gecədə möcüzə gözləməyin. Kumulyativ (toplanan) effekt yalnız 2-4 həftəlik sistemli istifadədən sonra müşahidə olunur".

Həkim-endokrinoloq Yekaterina Orlova isə əlavə edib ki, kivi maddələr mübadiləsinin normallaşdırılmasında əla vasitədir. Meyvə qanda şəkərin səviyyəsində kəskin dəyişikliklərə səbəb olmadığı üçün aclıq hissi ilə bağlı gecə oyanmalarının qarşısını alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru