İqtisadiyyatımız ağı deyib ağlayır - inanmayan rəqəmlərə baxsın..

Bu gün, 16:12           
İqtisadiyyatımız ağı deyib ağlayır - inanmayan rəqəmlərə baxsın..
Hörmətli hökumət üzvləri, sayın nazirlər, hər publik çıxışlarınızda ölkəmizdə bizneslə məşğul olaq üçün gözəl şərait yarandığını israrla vurğulayırsınız, inadkarcasına problemləri görmək istəmirsiniz – nəticədə iqtisadi aktivlik olub 0%, gəlirlər azalır, inflyasiya isə artır, makro-iqtisadi göstəricilərdə qonşulardan kəskin şəkildə geri qalırıq.
Ölkədə idxal-ixrac əməliyyatlarında inhisarçılıq meyilləri də kəskin artıb – özünüzün elan etdiyiniz rəsmi rəqəmlər bunu göstərir, hətta, rəqəmlər artıq ağı deyib ağlayır, məsələn:
- 2026-cı ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqaisədə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 101 şəxs azalaraq 8 594-ə, fiziki şəxslər üzrə isə 11 574 şəxs azalaraq 17 373 şəxsə düşüb. Təsəvvür edin ki, 1 ildə 11574 fiziki şəxs xarici ticarətən çıxıb, bezib, işləyə bilməyib.
- Bu ilin ilk 5 ayında ərzaq məhsullarında inflyasiya, qiymət artımı rəsmi rəqəmlərə görə 6,6%-ə yüksəlib. Əgər normal, beynəlxalq praktikada qəbul edilmiş 30-35 adda gündəlik tələbat malları üzrə inflyasiyanı hesablasaq, keçın ilin eyni dövrü ilə müqaisədə ərzaqda qiymət artımı ikirəqəmli, hardasa, 10-15% arası olacaq.
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın ümumi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% azalaraq 6 milyard 818,3 milyon dollar təşkil edib. İdxalın azalmasını bahalaşma, inhisarçılıq və vətəndaşın alıcılıq qabiliyyətinin kəskin düşməsi ilə izah etmək olar. Mənzərə belədir, indi özünüz bilərsiniz...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru