DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu - VİDEO

17-06-2026, 10:39           
DÇ-2026: Fransa - Seneqal matçında dörd qol vuruldu - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 1-ci turun ilk oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərində baş tutmuş matçda Fransa və Seneqal milliləri qarşılaşıblar.

Görüş Avropa təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Qarşılaşmanın 66 və 82-ci dəqiqələrində Fransadan qolları müvafiq olaraq Kilian Mbappe və Bredli Barkolya vurublar. Mbappe 90+6-cı dəqiqədə rəqib qapısından daha bir top keçirərək dubla imza atıb. Seneqalın təsəlli qolunun müəllifi isə 90+5-ci dəqiqədə fərqlənmiş İbrahim Mbaye olub.

Qeyd edək ki, bu gün saat 02:00-da I qrupunda İraq və Norveç yığmaları da qarşılaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru