Aqibətimizi tarixin axarı təyin edib.

Bu gün, 15:18           
Aqibətimizi tarixin axarı təyin edib.
İran türkləri, yəni biz, tarixin heç bir dövründə sistem qura bilməmişik. Aqibətimizi tarixin axarı təyin edib.
Məsələn, Osmanlı dövründə İran tarixinə baxın. Görün bu dövrdə İranda nə qədər türk dövləti yaranıb-dağılıb. Səbəb? Sistem qura bilməmək!
Səbəb? Köçərilik dövründən qalma müvəqqəti hökmranlıq instinktindən qurtula bilməmək!
Səbəb? Köçərilərə xas olan müvəqqəti qələbələrlə qürurlanmaq və kifayətlənmək! Bu qələbələri mədəniyyət hadisəsinə çevirməkdən yüz ağac uzaq olmaq!
Hətta şiəliyi ideoloji bir sistem kimi düşünsək, onun da müəllifi Sasani qisasçısı farslar idi. İran türkləri şiəliyin icraçıları, zəncirvuranları olublar.
Şimalda sahib olduğumuz dövlət modelini də ruslara borcluyuq. Bizə qalsa dərəbəylik, xanlıq modelindən çıxmayacaqdıq. Bu barədə Vasili Veliçkonun "Qafqaz" kitabında maraqlı qeydlər var.
Игидай Дадашов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru