“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi

Bu gün, 12:21           
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi
“Sahil-S İnşaat” MTK-nın sədr vəzifəsini daşıyan Abuzərov Rusif Lətif oğlu axtarışa verilib. Bu barədə Anaxeber.info.az-a daxil olan məlumatda deyilir. Belə ki, Nərimanov rayon Məhkəməsi MTK-dan mənzil alan və zərər çəkən Ramin Ələkbərova dəymiş zərərin ödənilməsi barəsində qətnamə qəbul edib. Sonra qətnamənin icra olunması Nərimanov rayon icra şöbəsinə göndərilib.

Amma MTK sədri olan Abuzərov Rusif Lətif oğlu çağırışlara məhəl qoymayıb və dəymiş zərərin ödənilməsi ilə bağlı addım atmayıb. İcra məmurları onunla bağlı axtarış elan edib.

Məlumatda deyilir ki, təxminən iki həftə əvvəl onun yeri müəyyən olunub və Abuzərov Rusif Lətif oğlunun hüquqi ünvanı dəyişdiyi üzə çıxıb. MTK sədrinin Suraxanı rayon ərazisinə yerləşdiyi məlum olub və icra şöbəsi hazırda aidiyyatı üzrə axtarış aparır.
Qeyd edək ki, MTK-nın rəhbəri Taley Alaverdiyev olub və ona dələduzluq əməllərinə görə 5 il həbs cəzası verilib. Şəriki Pənah Kərimov isə ev dustaqlığına buraxılıb və şərti cəza qərarı çıxarılıb. Bundan sonra məlum olub ki, MTK sədri vəzifəsi müəmmalı şəkildə Abuzərov Rusif Lətif oğluna keçib.

Anaxeber.info.az
Azər Talıbov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru