ABŞ-də 1,04 milyard dollarlıq "Powerball" cekpotu oynanılıb.
"32gun.az" xarici mətbuata istinadən xəbər verir ki, oyunun qalibi isə İllinoys ştatının sakini olub.
Qeyd olunur ki, bu, ötən ildən bəri ən böyük cekpot məbləğidir.
Kimliyi açıqlanmayan qalib 1,04 milyard dollarlıq uduşu 29 il ərzində 30 mərhələli ödəniş şəklində almağı və ya təxminən 450,5 milyon dollarlıq birdəfəlik ödənişi seçə bilər. Hər iki məbləğ vergilər nəzərə alınmadan göstərilib.