Həftəsonu 2390 nəfər imtahan verəcək

Bu gün, 00:12           
Həftəsonu 2390 nəfər imtahan verəcək
Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi keçiriləcək.

Referans Media Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib. Onlardan 1858 nəfər Azərbaycan bölməsi, 532 nəfər isə rus bölməsi üzrə ərizə verib.

Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün ödəniş məbləği 60 manatdır.

Xatırladaq ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru