Ağdamda dəhşət - 4 hərbçi öldü

10-05-2026, 12:48           
Ağdamda dəhşət - 4 hərbçi öldü
Ağdamda rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, "Hundai" markalı avtomobillə "VAZ" 2106 markalı avtomobilin toqquşması nəticəsində leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat ediblər.

"Hundai" markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu ilə xərasət alıb.

09:51

Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru