Nitsada silahlı insident: İki ölü, altı yaralı

12-05-2026, 09:28           
Nitsada silahlı insident: İki ölü, altı yaralı
Fransanın cənubunda yerləşən Nitsa şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər isə yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dənizkənarı Alplar departamentinin rəhbəri Loran Otye "X" sosial şəbəkəsində paylaşım edib.

"Prefekt Otye departamentin prokuroru Damyen Martinelli və Nitsanın meri Erik Syotti ilə birlikdə dərhal hadisə yerinə yollanıb", - deyə paylaşımda bildirilib.

Rəsmi nümayəndənin sözlərinə görə, atışma zamanı yaralananlardan üçünün vəziyyəti ağır, digər üç nəfərin vəziyyəti isə yüngüldür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru