Qardabanidəki dəhşətli qəza 7 gəncin həyatına son qoydu - TƏFƏRRÜAT

Bu gün, 00:04           
Qardabanidəki dəhşətli qəza 7 gəncin həyatına son qoydu - TƏFƏRRÜAT
Qardabanidə baş verən dəhşətli yol qəzası bölgəni yasa boğub. Faciə nəticəsində həyatını itirən 7 gəncdən 5-nin Qaraçöp kəndindən. 2-nin isə Qardabani rayonundan olduğu bildirilir.
Hadisə zamanı iki qardaş — Şamil və Kamil Əliyevlər, eləcə də Əli və Sahil Cəlilovlar həyatlarını itiriblər. Məlumata görə, Kamil Əliyevin 19, qardaşı Şamil Əliyevin isə 17 yaşı olub. Valideynlərini erkən yaşlarda itirən qardaşlar nənə və babalarının himayəsində böyüyüblər.
Yaxınlarının sözlərinə görə, Şamil Əliyev restoranda ofisiant kimi çalışırdı. Kamil Əliyev isə idmana, xüsusilə boksa böyük maraq göstərirdi və bu sahədə məşğul olurdu.
Xatırladaq ki, faciə bu gün səhər saatlarında Qardabani şəhərinin Birlik kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Baş verən hadisə bölgədə dərin kədərə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru