Bu ərazilərdə yeni tunellər tikiləcək

Bu gün, 00:12           
Bu ərazilərdə yeni tunellər tikiləcək
“Digər yol layihələri isə şəhər daxilindəki “dar boğaz”ların aradan qaldırılmasına xidmət edir”.

TEREF xəbər verir ki, bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

“Məsələn, “Excelsior Hotel” yaxınlığında mövcud olan sıxlıq probleminin həlli üçün yeni tunellərin tikintisi nəzərdə tutulur. Bu tunellər vasitəsilə avtomobillər birbaşa Ağaoğlu küçəsinə, ADA Universiteti istiqamətinə yönləndiriləcək və əsas tunelə düşən yük azalacaq.

Şəhərin ən ciddi “dar boğaz”larından biri isə “20 Yanvar” ərazisidir. Dövlət proqramında bu problemin həlli üçün bir neçə layihə yer alıb. Burada əsas rolu yenə dairəvi yollar oynayacaq. Məqsəd nəqliyyat axınını mərkəzdən yayındırmaq və alternativ marşrutlar yaratmaqdır.

Artıq bəzi layihələr üzrə tikinti işlərinə başlanılıb və ilkin mərhələnin ilin sonuna qədər tamamlanması planlaşdırılır. Yol qovşaqları və yeni bağlantılar üzrə hazırlıq işləri də davam edir”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru