"Xarici malın rənginə, qoxusuna aldanmayın!" – Eyyub Hüseynovdan İSTEHLAKÇILARA XƏBƏRDARLIQ

20-01-2026, 00:06           
"Xarici malın rənginə, qoxusuna aldanmayın!" – Eyyub Hüseynovdan İSTEHLAKÇILARA XƏBƏRDARLIQ
“Azərbaycanda yerli məhsullar keyfiyyət baxımından xarici mallardan qat-qat üstündür. Çünki yerli məhsullarımız daha az kimyalaşmaya məruz qalır. Təəssüf ki, əhali hələ də idxal mallarının kimyalaşmış dadına və rənginə aldanır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.

Ekspert istehlakçıların xarici mal marağının həm yerli istehsala zərbə vurduğunu, həm də aldanma riskini artırdığını bildirib.

Eyyub Hüseynov yerli istehsalçıların da bəzən hiyləyə əl ataraq vətəndaşları yanıltdığını diqqətə çatdırıb:

“Yerli firmalar istehlakçıda ‘idxal məhsulu’ təəssüratı yaratmaq üçün markalanmanı xarici dildə aparırlar. Məsələn, qablaşdırmanın üzərində iri hərflərlə rus dilində ‘Smetana Kaunaskaya’ yazırlar, amma məhsulun yerli olduğunu göstərən ‘Kaunas xaması’ sözlərini yan tərəfdə, xırda hərflərlə qeyd edirlər. Bu, birbaşa istehlakçının seçiminə təsir edən qanun pozuntusudur”.

Ekspertin sözlərinə görə, əhalinin xarici mallara meyil etməsi süni keyfiyyət illüziyasından qaynaqlanır. O qeyd edib ki, yerli məhsullarımız təbii tərkibinə görə daha sağlamdır, lakin xarici məhsulların qoxu və rəng effekti insanları cəlb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru