Maskdan ŞOK ETİRAF – “Əgər insanlar arasında yadplanetlilər varsa, o da…”
23-01-2026, 15:34
Amerikalı sahibkar İlon Mask özünü yadplanetli adlandırıb.
Referans Media xəbər verir ki, bu açıqlama Davosda keçirilən Dünya İqtisadi Forumunda verilib .
“İnsanlar məndən tez-tez “Aramızda yadplanetlilər varmı?” deyə soruşurlar. Mən də “Bəli, inanıram” deyə cavab verirəm. Amma təbii ki, onlar mənə inanmırlar. Nə isə…”, – o bildirib.
Maskın sözlərinə görə, əgər insanlar arasında yadplanetlilər varsa, bu, onun özüdür. O, Yer kürəsinin orbitində təxminən doqquz min peykin olduğunu və yadplanetli gəmi səbəbindən heç vaxt manevr etməyə ehtiyac olmadığını qeyd etdi.
“Deyirəm ki, bilmirəm. Amma ümumiləşdirərək deyə bilərəm ki, həyat və şüur kainatda olduqca nadirdir və bəlkə də yalnız burada, aramızda mövcuddur. Əgər belədirsə, onda şüur işığını canlı saxlamaq üçün mümkün olan hər şeyi etmək məsuliyyətimiz var”, – deyə Mask vurğulayıb.//publika.az