"Kürəkənim qızımı belə sevir, belə görüb" - Əməkdar artistdən ittihamlara cavab

24-01-2026, 00:10           
"Kürəkənim qızımı belə sevir, belə görüb" -
Xalq artisti Fərqanə Qasımova qızı Mövlanənin toy mərasimində söylədiyi fikirlərlə bağlı daha bir açıqlama verib.

TEREF “Unikal”a istinadən xəbər verir ki, xanəndə qızının “Evimdə gördüyüm rahatlığı ərimdən də tələb edirəm” sözlərinə görə onu qınayanları Allaha həvalə etdiyini deyib.

“Biz pis niyyətli və hörmətsiz şərhləri Allaha həvalə edirik. Allah ən gözəl vəkildir. İnsan başqası haqqında nə yazırsa, əslində öz iç dünyasının aynasını göstərir. Cəsarəti çatan bunu üz-üzə desin, klaviatura arxasından yox.

Mövlanə orada pis heç nə deməyib. Sadəcə fikrini ifadə edib və bu, onun xarakterinə xas olan bir üslubdur. Kürəkənim də onu belə sevir, belə görüb. Kimsə bunu qəsdən fərqli yozursa, bu artıq bizim məsuliyyətimiz deyil.

Hər söz hər kəsə yaraşmaya bilər, amma bu, sözün yox, anlayanın səviyyəsidir. Hər kəsin öz həyatında kifayət qədər problemi var. Başqasının həyatını müzakirə etməkdənsə, gedib öz problemlərini həll etsələr, daha faydalı olar”, – deyə Fərqanə Qasımova bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru