Pavel Durov: "WhatsApp"ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır"

27-01-2026, 16:38           
Pavel Durov: "WhatsApp"ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır"
"WhatsApp" çox zəif təhlükəsizlik sisteminə malikdir, müdafiəsində çoxlu boşluqlar var və kiberhücumlara qarşı son dərəcə müdafiəsizdir".

Bunu "Telegram"ın rəhbəri Pavel Durov "Meta" şirkətinə qarşı istifadəçilərin qaldırdığı kollektiv iddia ilə bağlı məqaləni "X" sosial şəbəkəsində şərh edərkən bildirib.

İddiaçıların sözlərinə görə, "WhatsApp" istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını saxlaya, təhlil edə və onlara çıxış əldə edə bilər.

"2026-cı ildə "WhatsApp"ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır. Biz "WhatsApp"ın öz "şifrələmə" sistemini necə tətbiq etdiyini təhlil edəndə çoxsaylı hücum vektorları aşkar etdik"", - Durov yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]