Su altında qalan maşınlar bazara çıxarıla bilər - Ekspert nə düşünür?

8-04-2026, 11:44           
Su altında qalan maşınlar bazara çıxarıla bilər - Ekspert nə düşünür?
Yağış sularında qalmış və ziyan çəkmiş nəqliyyat vasitələrinin bazara çıxardılması ehtimalları çoxdur.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bildirib ki, hər bir nəqliyyat vasitəsini taleyini onun sahibi müəyyənləşdirəcək.

Eldəniz Cəfərovun fikirincə, bəzi avtomobillərin sahibləri onu idarə etməkdə davam edəcək, bəziləri isə onlarla vidalaşacaq.

Belə avtomobillərin qiymətinə gəlincə, Eldəniz Cəfərov onların sayının az olduğunu qeyd edib:

"5-10 min maşın deyil ki, bazarda qiymətlərə təsir etsin. Barmaqla sayılası qədərdir. Bu avtomobillər maşın bazarındakı qiymətlərə təsir edə bilməz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru