Şuşaya səfər etmək istəyirəm” – İqor Aşurbəyli: “Heç vaxt dinimi dəyişmədim”
13-04-2026, 11:44

İqor Rauf oğlu Aşurbəyli – Azərbaycan əsilli rusiyalı məşhur alim, texnika elmləri doktoru, iş adamı və xeyriyyəçi. “Asqardiya” adlanan kosmik dövlətin təsisçisi və prezidentidir. 2000-ci ildən 2011-ci ilə qədər Rusiyanın ən böyük müdafiə müəssisəsi, “S-300” və “S-400” raketlərinin istehsalı ilə dünyada məşhurlaşan “Almaz” Elmi-istehsalat Birliyinə rəhbərlik edib. Rusiya Hərb Elmləri Akademiyasının və A. Proxorov adına Mühəndis Elmləri Akademiyasının həqiqi üzvüdür və Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir.
İqor Aşurbəyli – Təzəpir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara xanım Aşurbəyli kimi görkəmli şəxsiyyətləri Azərbaycan tarixinə bəxş etmiş nüfuzlu Aşurbəylilər nəslinin davamçısıdır.
HafizTimes.com-un budəfəki müsahibi “Asgardiya” adlı kosmik dövlətin təsisçisi və prezidenti İqor Aşurbəylidir. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran İ. Aşurbəyli bir çox mühüm məqamdan söhbət açıb:

– Bu yaxınlarda 60 illik yubileyinizi qeyd etdiniz. İllər necə keçdi? Zaman sizdən nə aldı və sizə nə verdi? Özünüz üçün nə arzulayırsınız?
– 60 il bir göz qırpımında ötüb keçdi. Təkcə mənim üçün deyil, inanıram ki, bir çoxları üçün də belə olub. Zaman ancaq insanların şüurunda və bu yer üzündə mövcuddur. Nə bir şey verir, nə də əlindən alır. Hər kəs uca yaradandan bir və eyni hədiyyə alır: bütün təzahürləri ilə həyat. Mənim tək arzum özümdə tanrının bir zərrəsini tapmaqdır.
– Nəyi ən böyük uğurunuz hesab edirsiniz?
– Ümid edirəm ki, ən böyük nailiyyətlərim hələ qarşıdadır. Keçmişə gəlincə, mən özəl ilə ictimai arasında bir xətt çəkərdim. Şəxsi həyatımda da bir çox insanlar kimi mənim də ailəm, övladlarım, çoxdan gözlədiyim nəvəm var. İctimai həyatımda isə ən böyük nailiyyətim S-400 hava hücumundan müdafiə sisteminin yaradılması və bəşəriyyət tarixində ilk rəqəmsal kosmik dövlət olan Asqardiyadır.
– Bakı sizin üçün nə deməkdir? Sizcə, əsl “Bakılı” necə olmalıdır?
– Bakı mənim üçün hər şey deməkdir. Mən bu şəhərdə anadan olmuşam. Uşaqlıq, yeniyetməlik və gəncliyimin ən gözəl illərini, 28 yaşıma qədər burada yaşamışam. Mənim üçün bir bakılı Azərbaycanın hansısa bir şəhərinin, kəndinin və yaxud da dünyadakı hər hansı bir ölkənin yerlisindən nə az, nə də çox fərqlənir. Hərə öz vətəninin vətənpərvəridir. Ancaq burada bir fərq var. Bir bakılı izah edə bilmədiyim səbəbə görə milli məsələlər, geosiyasət və universal baxımından daha geniş düşüncəlidir. Bunda mistik bir şey var.
– Sizə verilmiş ən dəyərli məsləhət nədir?
– 20 yaşımda ailə başçısı oldum və əslində ondan sonra çox məsləhət almadım. Mən bunu heç istəmədim: narahat olacağım başqa şeylər var idi. Və məsləhət vermək hər halda nankor bir işdir. Bir fransız kanonik müəllifin dediyi kimi, insan ya ona əməl etməmək, ya da sonradan kimisə günahlandırmaq üçün məsləhət istəyir.
– Hansı kitab sizin həyatınızı dəyişdi? Ən son hansı kitabı oxumusunuz?
– Uşaqlıqdan bəri çox kitabsevər olmuşam. Minlərlə kitab oxumuşam. Yalnız birini ayırmaq çətin olar. Bu həm də yaşınızdan və anlayış səviyyənizdən asılıdır. Hazırda maraq doğuran məsələlərlə bağlı veb analitikasını oxumağa daha çox vaxt ayırıram. Məni həqiqətən heyran edən ən son kitab “The Tibetan Book of Living and Dying” kitabı idi.

– Dinin həyatınızda rolu nədir? Niyə siz də Nabat xanım Aşurbəylinin tikdirdiyi məsciddə namaz qılmağı seçmədiniz?
– Əlbəttə ki, mən də inanclı insanam. Ancaq bütün qaydalara əməl etməyən günahkar biriyəm. Nabat xanım Aşurbəyova Zaqafqaziyanın ən böyük məscidini – Təzə Piri tikdirdi. Halbuki, mənim ailəmdə azərbaycanlı soy-kökümə hər hansı bir istinad tabu mövzusu idi. Mənim ulu babam da, babam da 1937-ci və 1941-ci illərdə repressiyalara məruz qalıblar, atam isə o vaxtlar xalqın dediyi kimi, dövlət tərəfindən bəraət qazanana qədər xalq düşməninin oğlu hesab edilib. Pyatiqorsk şəhərində anamın tərəfində olan nənəmin sayəsində beş yaşımda pravoslavlığa yarı gizli vəftiz olundum. Mən heç vaxt dinimi dəyişməmişəm və mən pravoslav xristianam. Mən mütəmadi olaraq Təzə Pir məscidini və bir çox başqa məscidləri ziyarət edirəm, bu da İbrahim dinlərinə zidd deyil.
– Sizcə, uğurlu ailənin sirri nədir?
– Məncə,“uğurlu ailənin sirləri” yoxdur. Sevgi və tolerantlıq. Bu belədir.
– Aşurbəylilər ailəsində baş verən faciələrin səbəbi nə idi?
– Ötən əsrin birinci yarısında “Aşurbəylilər ailəsində baş verən faciələr”in bütün səbəbləri sırf xarici tarixi-siyasi xarakter daşıyırdı. Bunlar da Azərbaycanın inkişafının əvvəlki dövrlərindəki xanədanımızın təxminən 300 illik tarixindən qaynalanırdı. Bu da sovet ideologiyası ilə uyğun gəlmirdi.

– Sara xanım Aşurbəyli ilə ailə münasibətiniz barədə bilmək istərdik. Sara xanımla bağlı unudulmaz xatirələriniz varmı?
– Sara xanım Aşurbəyli ilə yalnız 1980-ci illərin əvvəllərində tanış oldum. Bizim yaxın münasibətimiz onun 2001-ci ildə, 95 yaşında dünyasını dəyişənə qədər davam etdi. Bu görkəmli insan haqqında xeyli danışa bilərəm, lakin onun real həyatda müstəsna təvazökarlığını və inqilabdan sonra qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, Vətənə sədaqətini qeyd etmək istərdim. Ümid edirəm ki, onun tam əsərlərini nəşr etdirəcəyəm və orada ona tarixi ehtiramımı bildirəcəyəm.
– Dünyada baş verən hadisələr haqqında nə düşünürsünüz? Müharibə sizin üçün nə deməkdir?
– Dünyada baş verən hadisələri düşünmürəm. Ruhumda baş verən hadisələri düşünürəm. Təbii ki, orada mənim üçün əziz olan ölkələrlə – Azərbaycan və Rusiya ilə bağlı təlatümlər üçün də yer var və mən onlara tarixi yollarında uğurlar arzulayıram. Müharibənin pis olduğunu demək heç nə demək deyil. Lakin ibtidai dövrlərdən bəri bəşəriyyətin bütün tarixi müharibə tarixi olmuşdur. Və niyə bir şeylər dəyişsin ki…
– “S-300 Favorit” və “S-400 Triumf” zenit-raket komplekslərinin yaradılması ilə bağlı hansı xatirələriniz var? Hazırkı müharibələrdə “S-300 Favorit” və “S-400 Triumf”un effektivliyi haqqında nə düşünürsünüz?
– “S-300 Favorit” və “S-400 Triumf” hava hücumundan müdafiə raket sistemləri mənim fikrim deyil. Bu ideyalar Sovet İttifaqının görkəmli baş dizaynerlərinə məxsusdur. 2000-ci ildən CEO kimi mən S-300 sisteminin təkmilləşdirilməsini bitirdim və S-400 sistemini yaratdım. Mən həmişə hər ikisinin faktiki müharibələrdə öz qüdrətlərini göstərməməsi üçün bir tost qaldırmışam. Lakin, işlər bu şəkildə davam etmədi.
– Ən böyük qorxunuz nədir? Sizcə, ölüm nədir?
– Mən ən çox hörümçəklərdən, hətta ən kiçiklərindən belə qorxuram. Amma zarafat bir yana, biz hamımız bu və ya digər şəkildə hər cür qorxudan yaranmışıq, bütün həyatımız onlardan ibarətdir. Və bu səhvdir. Biz qorxularımıza, o cümlədən ölüm qorxusuna qalib gəlməliyik ki, bu da hər zaman və hər kəsin ən güclü qorxusu deyil. Ölümün bir keçid olduğuna inanıram…
– “Asgardia”da nə yenilik var? Bu istiqamətdə hansı işlər görülür?
– Mən Asqardiya haqqında həmişə danışa bilərəm, amma danışmayacağam. Ölkə 2016-cı il oktyabrın 12-də mənim tərəfimdən təsis edilib. Artıq ikinci parlament seçkiləri keçirilib və parlamentə dünyanın 40-dan çox ölkəsindən 150 asqardiyalı daxildir. Əhalisi bir milyon yüz min nəfərdən çoxdur (dünyanın 200-dən çox ölkəsindən). Milli veb saytımıza baxın asgadia.space və qoşulun.
– Dünyaya mesajınız nədir?
– Mən peyğəmbər deyiləm, dünyaya nə mesajım ola bilər ki… Yaşadığım həyatla özüm də dünyaya bir mesajam. Eynilə hamımız kimi.

– Qarabağa, Şuşaya getmək istəyirsiniz?
– Mən Şuşaya səfər etmək istəyirəm. Üstəlik, mən doğma bakılı kimi qədim Azərbaycanın coğrafiyası ilə yaxşı tanış olmadığım üçün utanıram. Mən bu qüsurumu düzəltməyə kifayət qədər vaxt ayırmaq istərdim.
– Qarabağı azad edən Azərbaycan Ordusunun gücü haqqında nə düşünürsünüz?
– Azərbaycan ordusuna gəlincə, mən Qarabağdakı Qələbəyə görə çox şadam. Azərbaycanın hava hücumundan müdafiəsinin gücləndirilməsində mənim də kiçik rolum olduğu üçün çox qürur duyuram, çünki mənim rəhbərliyimlə “S-300 Favorit” hava hücumundan müdafiə raket kompleksləri hazırlanaraq respublikaya gətirilib.

– Azərbaycan gənclərinə, Aşurbəyli ailəsini sevənlərə nə demək istərdiniz?
– Azərbaycan gənclərinə bir neçə söz demək istərdim. Davam edin və dünyanın ən yaxşı məktəblərində oxuyun, amma sonda vətəninizə qayıdın. Bu, sizin eviniz, öz gələcəyiniz, ailələrinizin və nəslinizin gələcəyidir.
Hafiz Əhmədov
HafizTimes.com