“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Bu gün, 00:03           
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
"Əvvəl televiziya insanı dəyişirdi. İndi də dəyişir, amma pis tərəfə. Bəzi islahatlar aparıldı, bəzi verilişlər bağlandı. Bağlanan verilişlərin aparıcılarına irad demirəm. Ailə məişət mövzuları... Elə mövzular var ki, onları ictimai şəkildə müzakirə etmək olmaz. Ailə daxilində əxlaqsızlıq baş verib. Bunun ictimai müzakirəsi nə deməkdir?".

Bu sözləri aparıcı İlhamiyyə Rza "Qapqara" yutub layihəsində deyib. Aparıcı yayımı dayandırılan sosial verilişlərdən danışıb:
"Bunu müzakirə etmək, bu, mümkündür, yatmışları oyatmaq deməkdir. Psixologiyada belə bir şey var: narkotik maddəsi aludəçisini uzaqlaşdırmaq istəyirsənsə, mövzudan kənar getməlidir. Amma sən onu televiziorda göstərirsənsə, yadına salırsan. Eləcə də siqaret çəkməyi... Bütün pis vərdişləri... Məişət əxlaqsızlığı, neqativ halların ictimailəşdirilməsi ziyanlıdır. Bağlanmağını alqışlayıram. Verilişlərin gedişindən sonra həmin dəliyi nəyin dolduracağını görəndə əsas məsələni biləcəyik.
Kriminal romantikanı televiziya vasitəsilə evimizə saldılar. Gənclər bu romantikada yaşayırlar. Sosial şəbəkədə görürəm ki, xüsusi elə mahnıları sevirlər, oğru dünyasının anlayışları dillərindədir. Təəssüf...". /Axsam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru