Azərbaycan Rusiya üçün Ermənistandan daha əhəmiyyətlidir

18-04-2016, 14:25           
Azərbaycan Rusiya üçün Ermənistandan daha əhəmiyyətlidir

Ermənistanın Rusiya üçün heç bir dəyəri yoxdur. Rusiya Ermənistandan özünə lazım olanı əldə edib. Biz isə bunun əvəzində heç nə əldə etməmişik. Gözlədiyimiz yalnız təhlükəsizliyimizin təmini idi. Ancaq bunun xülya, uşaq arzusu olduğunu gördük.

Rusiyanın Ermənistanın təhlükəsizliyi naminə öz milli, dövlət maraqlarından imtina edəcəyini gözləmək xam xəyal idi. Rusiya Azərbaycanı qazanmaq istəyir. Çünki Azərbaycan ona çox şey verə bilər. Amma Azərbaycan bizim kimi sadəlövh deyil ki, Rusiyanın istədiklərini ona havayı versin. Azərbaycan bunun üçün çox böyük qiymət tələb edir.

Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İqtisadi İttifaqına üzv olub. O, sadəcə MDB-nin formal üzvüdür. Amma Azərbaycanın nefti, təbii qazı, zəngin resursları var. Üstəlik o, Türkiyə ilə mehriban, yaxın dostluq münasibətlərinə malikdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş Rusiya investisiyaları da çox deyil və demək olar ki, hər hansı təsir imkanına malik deyil.

Beləliklə, Rusiya üçün Azərbaycanın əhəmiyyəti Ermənistanla müqayisədə dəfələrlə böyükdür. Odur ki, Rusiyaya qısılmaq lazım deyil. Çünki Rusiya yalnız öz maraqları ilə hərəkət edir.
Artur Gazinyan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru