ABŞ yeni uzaqmənzilli raketini təqdim etdi: Xüsusiyyətləri AÇIQLANDI

Bu gün, 12:18           
ABŞ yeni uzaqmənzilli raketini təqdim etdi:
ABŞ Hərbi Dəniz Qüvvələri uçuş məsafəsi 460 kilometrdən çox olan "AIM-424 LRAAM-Malice" adlı uzaqmənzilli "hava" tipli raket hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında yayımlanan press-relizdə məlumat verilib.

ABŞ tərəfinin bildirdiyinə görə, "AIM-424" donanmanın müdafiəsini gücləndirmək və havada həlledici üstünlüyü qorumaq üçün nəzərdə tutulub. Raket dördüncü, beşinci və altıncı nəsil aviasiya platformaları üçün hazırlanır.

"AIM-424" bərk yanacaqlı mühərriklə təchiz olunub. Onun uzunluğu təxminən 4 metr, çəkisi isə 680 kiloqramdan çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]