4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
Bu gün, 16:12
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.