"Mossad" rəhbəri ilə Suriya naziri arasında GİZLİ GÖRÜŞ - Nələr müzakirə olundu?

Bu gün, 11:24           
"Mossad" rəhbəri ilə Suriya naziri arasında GİZLİ GÖRÜŞ -
İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın direktoru Roman Hofman Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani ilə İdlib əyalətində yerləşən Əbu-Duhur aerodromuna endirilən zərbələrdən sonra görüşüb.

Bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş yaxşı keçib. Digər təfərrüat açıqlanmayıb.

Daha əvvəl "Syria TV" telekanalı mənbəyə istinadən İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki Əbu-Duhur aerodromuna bir neçə zərbə endirdiyini bildirib. Məlumata görə, hücumlar maddi ziyana səbəb olub. "Reuters" agentliyinin məlumatına əsasən, zərbələr uçuş-enmə zolağına və anbarlara endirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirmişdi ki, Suriya yəhudi dövləti ilə təhlükəsizlik sahəsində mövcud status-kvonun pozulmasına yaxınlaşıb. O, həmçinin ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə işarə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]