Məsuliyyət hansı şərtlər əsasında Çinin üzərinə qoyulubsa Çin çox narahatdır.

9-06-2026, 11:32           
Məsuliyyət hansı şərtlər əsasında Çinin üzərinə qoyulubsa Çin çox narahatdır.
Trumpın Çinə xüsusi qrupla rəsmi səfəri öz nəticəsini qısa müddətə verdi, həm də çox ciddi. Çin onun ardından Putini səfərə dəvət etdi və ABŞ-ın tələblərini çatdırdı. Çin Putinə birgə yol getməyin mümkünsüzlüyünü başa saldı.
Putinin anlayıb, anlamadığını Çin Prezidentinin Ukrayna Prezidenti Zelenskiyə qəfil, birbaşa zəng vurub Krımın və Lüqanskın Ukraynaya qaytarılmasında yardım edəcəyini çatdırması, onun ardından isə Rusiyaya müharibədə həm texnika və həm də canlı qüvvə ilə kömək edən Şimali Koreyaya rəsmi səfər etməsi ABŞ-la Çin arasında hansı səviyyədə ciddi danışığın getdiyini anlamaq o qədər də çətin olmaz.
Şimali Koreyadan sonra İran rəsmilərinə də Çin tərəfindən müraciət olunsa təəccüblənməyin.
Məsuliyyət hansı şərtlər əsasında Çinin üzərinə qoyulubsa Çin çox narahatdır. Düşünməyə belə vaxtları yoxdur...
Rəvan Bağırlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru