Millət vəkili Adil Əliyev Cinin uyqurlara qarşı siyasətini pislədi

2-07-2015, 17:14           
Millət vəkili Adil Əliyev Cinin uyqurlara qarşı siyasətini pislədi
Millət vəkili Adil Əliyev öz Facebook səhifəsində Cinin Uyğur qardaşlarımıza qarşı apardığı soyqırım siyasətini pisləyən status paylaşıb!
O statusu teref.az sizə təqdim edir!
"Dostlar, Çində Uyğur türklərinə qarşı aparılan siyasəti qətiyyətlə pisləyirem. Bu gün onlar müsəlman və türk olduqları üçün vəhşiliklərə məruz qalırlar. 60 ildən çoxdur ki, uyğur türkləri ədalətsizliklə üz-üzədirlər. Hazırda öz milli haqlarını itərmək təhlükəsi ilə yaşayan uyğurlar, qorxu içindədirlər.
Təəssüf ki, XXI əsrdə insanlar öz dini və milli ayrı seçkiliyə məruz qalaraq, ağır işgəncələr altında yaşayırlar.
Bu gün adlarını beynəlxalq təşkilat qoyub, demokratiya, insan haqları ilə bağlı bəyanatlar verirlər. Əsl, insan hüquqları Çində uyğurların başına gətirilən faciələrlə pozulur. Belə qurumlar Çində yaşanan hadisələrə biganə qalırlar. Bu gün Türk dünyası buna qarşı biganə qalmamalı, öz qardaş bacılarının müdafiəsini beynəlxalq səviyyədə aparmalıdırlar. Allah zulm edenlerin bəlasini versin.."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru