Pensiyaçılar bu vergilərdən azaddır

5-05-2026, 12:44           
Pensiyaçılar bu vergilərdən azaddır
Vergi qanunvericiliyinə əsasən, müəyyən kateqoriyadan olan şəxslər üçün əmlak vergisi ilə bağlı güzəşt tətbiq olunur.

TEREF Milli.az-a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, binaların icarəyə və ya kirayəyə verilməsi, həmçinin sahibkarlıq və ya kommersiya məqsədilə istifadə edilməsi halları istisna olmaqla, bəzi şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği azaldılır.

Güzəşt Vergi Məcəlləsi ilə müəyyən edilir və bu çərçivədə Vergi Məcəlləsinin 4.15.2-ci və 102.2-ci maddələri nəzərə alınır.

Qeyd edək ki, bu güzəşt pensiyaçılara, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həmçinin onların ailə üzvlərinə şamil edilir. Həmin şəxslər üçün binalara görə hesablanan əmlak vergisi 30 manat məbləğində azaldılır. Güzəşt yalnız qeyd olunan şərtlər daxilində tətbiq olunur və əmlak kommersiya məqsədilə istifadə edildiyi halda bu imkandan yararlanmaq mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru