"Bitcoin" kəskin bahalaşdı

Bu gün, 15:44           
"Bitcoin" kəskin bahalaşdı
Bitcoin çərşənbə günü mart ayından bəri ən sürətli bahalaşmasını nümayiş etdirib.
TEREF Metbuat.az-a istinadla xəbər verir ki, "CoinDesk"in məlumatına görə, Bitcoinin qiyməti 6,1% artaraq 68 517 dollara yüksəlib. Bu, kriptovalyutanın iyunun əvvəlindən bəri qeydə aldığı ən yüksək göstəricidir.
Bahalaşma ABŞ Prezidenti Donald Trampın kriptovalyuta sektorunun rəhbərləri ilə görüşəcəyi gözləntiləri fonunda baş verib. Məlumata görə, görüşdə Coinbase Global, Payward Inc. və Blockchain.com şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.
Tramp daha əvvəl kriptovalyuta sektoruna dəstək verəcəyini və bu sahə üçün əlverişli tənzimləyici mühit yaradılmasını hədəflədiyini bildirib. Bununla belə, rəqəmsal aktivlərlə bağlı genişmiqyaslı Clarity Act qanun layihəsinin ABŞ Konqresində müzakirəsi respublikaçılarla demokratlar arasındakı fikir ayrılıqları səbəbindən ləngiyib.
Bundan əvvəl isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) müəyyən rəqəmsal aktiv buraxılışlarının qiymətli kağızların qeydiyyatı tələbindən azad edilməsini təklif edib. Komissiyanın fikrincə, bu yanaşma şirkətlərə fəaliyyətlərinin ilkin mərhələsində maliyyə cəlb etməyi asanlaşdıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru