ABŞ-də ölüm saçan su hövzəsi: Lanyer gölü 233 can alıb

Bu gün, 15:18           
ABŞ-də ölüm saçan su hövzəsi: Lanyer gölü 233 can alıb
ABŞ-nin Corciya ştatında yerləşən Lanyer gölündə bədbəxt hadisə baş verib: 71 yaşlı kişi suya düşmüş şlyapasını çıxarmağa cəhd edərkən boğularaq ölüb.

Bu barədə "People" nəşri məlumat yayıb.

Həlak olan şəxsin cəsədi xilasedicilər tərəfindən aşkar edilib. Şahidlərin hadisə barədə məlumat verməsindən sonra başlanan axtarış tədbirləri təxminən iki saat davam edib. Hadisəni görənlər bildiriblər ki, qayığı idarə edən kişi baş geyimini itirib. O, əşyasını geri götürmək istəyərkən suya yıxılıb. Meyit katerlərdə quraşdırılmış hidrolokatorların köməyi ilə cəmi 3,3 metr dərinlikdə tapılıb.

Hadisəyə alkoqol qəbulunun və ya su nəqliyyat vasitəsindəki texniki nasazlığın səbəb olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Məlumata görə, sözügedən su hövzəsində çoxsaylı ölüm halları baş verib.

Qeyd edək ki, Lanyer ABŞ-nin ən təhlükəli göllərindən biri hesab olunur. Statistik məlumatlara əsasən, son 20 il ərzində burada 233 ölüm halı qeydə alınıb. Bu hadisə isə 2026-cı ilin əvvəlindən bəri sözügedən göldə baş verən üçüncü ölümcül insidentdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru