Əriyən buzlaq dəhşətli sirri üzə çıxardı: 34 il əvvəl itən alpinistlərin cəsədləri tapıldı

Bu gün, 15:14           
Əriyən buzlaq dəhşətli sirri üzə çıxardı: 34 il əvvəl itən alpinistlərin cəsədləri tapıldı
İsveçrədə buzlağın əriməsindən sonra 34 il əvvəl itkin düşən belçikalı alpinistlərin cəsədləri tapılıb.

BFM TV xəbər verir ki, bu barədə Valye kantonunun polisi məlumat yayıb.

Məlumata görə, iki alpinistin cəsədi avqustun 19-da İtaliya sərhədinin yaxınlığında tapılıb. Bu, Trift buzlağının əriməsindən sonra mümkün olub. Cəsədlər identifikasiya üçün Syondakı Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.

"Kanton polisi bildirib ki, DNT profillərinin birbaşa müqayisəsi nəticəsində qalıqların 1992-ci ildə Vaysmi rayonunda itkin düşən iki alpinistə məxsus olduğu rəsmi şəkildə müəyyən edilib", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, iki kişi Belçika vətəndaşı olub və itkin düşdükləri zaman onların müvafiq olaraq 39 və 41 yaşları olub. Buzlaqlar geri çəkildikcə bəzən onilliklər əvvəl dağlarda itkin düşən insanların qalıqları aşkar edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru