Sabiq icra başçısının ailəsi ilə əlaqəli şirkət 30 milyonluq kapitalı geri çəkdi

7-05-2026, 00:11           
Sabiq icra başçısının ailəsi ilə əlaqəli şirkət 30 milyonluq kapitalı geri çəkdi
“AAC” MMC nizamnamə kapitalını kəskin azaldıb.
TEREF Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 40 milyon manatdan 10 milyon manata endirilib. Beləliklə, şirkətin kapitalı 30 milyon manat azalıb.
Qeyd edək ki, “AAC” MMC “Gobustone” markası altında ağıllı beton bloklar və əhəng istehsalı ilə məşğul olan tikinti şirkətidir.
Şirkətin qanuni təmsilçisi Zahid Şahbazov Yusif oğludur. Açıq mənbələrdə yer alan məlumatlara görə, “AAC” MMC “Synergy Group” MMC-nin törəmə şirkəti hesab olunur.
Məlumatlarda qeyd edilir ki, “Synergy Group” MMC vaxtilə Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov ilə əlaqələndirilib. Şirkətin Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovın oğlu Elnur İsgəndərov tərəfindən idarə olunduğu bildirilir.
Qeyd edək ki, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru