Şah İsmayılın Habsburq və Osmanlı hökmdarlarına məktublarındakı üslub fərqi: Niyə birinə belə, digərinə isə tam fərqli yazdı?”
29-12-2025, 11:04
Tarix yalnız qılıncla deyil, qələm ilə də yazılır. Qızılbaş hökmdarı Şah İsmayıl Bahadır xan Səfəvi, diplomatik məktublarında seçdiyi sözlərlə qarşı tərəfə verdiyi dəyəri və siyasi mesajı ustalıqla ifadə edirdi. Sultan Süleyman Qanuniyə yazdığı məktubda onu “Cəmşid kimi xaqan, İsgəndər kimi təmkinli, Süleyman kimi (uca) məqam sahibi, Dara kimi qanun sahibi” sözləri ilə tərif edir. Bu ifadələr Şah İsmayılın Osmanlı hökmdarına verdiyi önəmi göstərməkdədir. Amma gəlin, eyni Şah İsmayılın Habsburq imperatoru V Karla (Şarlkona) ünvanladığı məktubdakı ifadəyə baxaq: "Flippin oğlu Karla.." Burada nə krallıq titulu, nə ilahi lütf, nə də tərif var. Eyni mövzuda Karlın cavabı isə daha əzəmətlidi: "Bizim ən yaxşı dostumuz və qardaşımız olan Persiya [Qızılbaş-red.] şahənşahı, qüvvətli və alicənab əmir, Şah İsmayıl Səfəviyə.." Bu fərq sadəcə ədəbi üslub deyil – geosiyasi münasibətin, güc balansının göstəricisidir. Şah İsmayıl hansı ünvanı, hansı titulu kimə layiq gördüyünü çox yaxşı bilirdi. Correspondenz des Kaisers Karl V", vol.I, pag. 168,169 Lettere №75. Kennet Meyer Setton, Vol.III, pag.127 Milli Kimlik TEREF