“Elarizin Amerikaya getməsinin səbəbi…” - Vasif Məhərrəmli həmkarının adının Epşteyn dosyesində çəkilməsindən danışdı
Bu gün, 00:06

Xalq artisti Faiq Ağayev hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu ilə bağlı paylaşım edib. Paylaşımda Elarizin onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynə yazdığı elektron məktub yer alıb. Məktub 2011-ci ilə aid olub. Bu məktubun isə gerçək və ya süni intellektlə düzəldiyi bilinmir.
Bu barədə müğənni Vasif Məhərrəmli Demokrat.az-a açıqlama verib. O bildirib ki, illərdir “Facebook”dan istifadə etmir:
“Həmin paylaşım barədə ümumiyyətlə xəbərim yoxdur. Elarizlə isə münasibətimiz hər zaman yaxşı olub, əlaqəmiz davam edir. Açıq deyim ki, onun adı çəkilən hər hansı cinayətlə əlaqəsinin olmasına inanmıram. Elarizin Amerikaya getməsinin səbəbi həyat yoldaşının “Green Card” udması ilə bağlıdır. Bildiyim və mənə məlum olan məsələ bundan ibarətdir, əlavə hər hansı başqa səbəb haqqında məlumatım yoxdur. Faiq nə yazıb, niyə yazıb bu barədə də xəbərsizəm. Son günlər toy məclislərində idim, dünən və srağagün demək olar ki, telefonuma baxmağa belə vaxtım olmayıb. Ona görə sosial mediada yayılan müzakirələrdən kənarda qalmışam. Buna baxmayaraq, onu deyə bilərəm ki, Elarizlə əlaqəmiz var. İl ötür, ay dolanında danışırıq, əlaqəmizi kəsməmişik”.
Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı.

