Xətai icra başçısının gözü qarşısında "yaşıl soyqırım" - “Ağ Şəhər”də ağacları belə məhv etdilər - FOTOLAR

Bu gün, 07:34           
Xətai icra başçısının gözü qarşısında "yaşıl soyqırım" -
Paytaxtın “Ağ Şəhər” adlanan hissəsində, Süleyman Vəzirov küçəsində yerləşən yaşıllıq ərazinin məhv edilib.

Bizimesr.az-a daxil olan məlumata görə, bir gün əvvəl ərazidə, bazar günü Eldar şamlarından ibarət yaşıllıq sahəsi gecə saatlarında naməlum şəxslər tərəfindən tamamilə məhv edilib.

Məlumata görə, ağacların kəsilməsi və yaşıllığın sıradan çıxarılması heç bir məlumatlandırma və ya xəbərdarlıq olmadan həyata keçirilib.

Vətəndaşlar iddia edirlər ki, sözügedən ərazi uzun illərdir mövcud olan və ətraf mühit üçün mühüm əhəmiyyət daşıyan yaşıllıq sahəsi olub. Hadisə yerində hazırda Eldar şamlarından əsər-əlamət qalmadığı bildirilir.

Məsələ ilə bağlı aidiyyəti qurumların, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də “Ağ Şəhər” layihəsini icra edən qurumların məlumatlı olub-olmaması sual doğurur. Yaşıllığın hansı əsasla və kimin göstərişi ilə məhv edildiyi hələlik məlum deyil.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yaşıllıq sahələrinin məhv edilməsi və ağacların kəsilməsi yalnız müvafiq icazələr əsasında mümkündür və bu cür hallara görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Bizimesr.az məsələni diqqətdə saxlayır və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]