"7 saylı Yol İstismarı" MMC obyektlərə qanunsuz elektrik enerjisi "satır"? - Obyektlərin siyahısı
Bu gün, 00:12

Ötən günlərdə yerüstü və yeraltı keçidlərin baxımsız və nəzarətsiz vəziyyətdə olması ilə bağlı videogörüntülər və faktlar təqdim etmişdik.
Bizimesr.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətində olan bu keçidlər qurumun tabeliyində fəaliyyət göstərən Yol İstismarı MMC-ləri arasında bölünüb.
Bu MMC-lər arasında adı mütəmadi olaraq hallanan, ən çox pozuntunun diqqət çəkdiyi “7 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dir. Qurumun direktoru Məmməd Musayevdir. Bu şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yeznəsi olduğu bildirilir.
Məmməd Musayevin fəaliyyəti ilə bağlı mediada çoxsaylı iddialar da yayılıb, amma nə təkzib edilib, nə də münasibət açıqlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi də susmaqla guya heç nə olmamış kimi davranış sərgiləyib.
Bizimesr.az-a daxil olan məlumata görə, MMC-nin balansında olan yeraltı və yerüstü keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə bir sıra obyektlərə qanunsuz şəkildə elektrik enerjisi verilib.
Məlumatda adı çəkilən obyektlərin siyahısı aşağıdakı kimidir:
Beş mərtəbə yeraltı keçid – 37 mağaza
Milli Bank yeraltı keçid – 12 mağaza
Nizami yeraltı keçid – 1 mağaza
Targovu yeraltı keçid – 1 mağaza
Ağ şəhər yeraltı keçid – 1 köşk
Luna park yerüstü keçid – 1 köşk
Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza
Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk
Babək–Azneft yeraltı keçid – 1 köşk
Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk
Olimp yeraltı keçid – 3 mağaza
Azadlıq prospekti 189 – 1 mağaza
Z. Bünyadov küçəsi 11, yerüstü keçid – 1 mağaza
Aviasiya keçidi yeraltı keçid – 1 köşk
Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza
Atatürk prospekti 47, yerüstü keçid – 1 köşk
Sabunçu yerüstü keçid – 2 köşk
Salyan avtovağzal yeraltı keçid – 1 köşk
İddia olunur ki, sözügedən elektrik enerjisi keçidlərin işıqlandırılması və eskalatorların fəaliyyəti üçün ayrıldığı halda, faktiki olaraq kommersiya obyektlərinə yönləndirilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.az

