Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmamasının səbəbi müəyyənləşib

Bu gün, 16:27           
Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmamasının səbəbi müəyyənləşib
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib.

Yenixeber.org-un məlumatına görə, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib.

O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır.

Bundan əlavə, Teymur Rəcəbov Azərbaycan millisinin kapitanı kimi fəaliyyətinə davam etmək niyyətindədir. Onun kapitanı olduğu yığma ötən il Avropa çempionatında gümüş medal qazanıb.

Qeyd edək ki, Teymur Rəcəbov 2025-ci ilin əvvəlində Azərbaycan çempionatında iştirak edib. Yarımfinalda Rauf Məmmədova uduzan şahmatçı səhhətindəki problemə görə bürünc medal uğrunda görüşdə iştirak etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]