Medvedev 79 il öncəyə işarə etdi, “böyük müharibə yaxınlaşır” dedi

Bu gün, 12:28           
Medvedev 79 il öncəyə işarə etdi, “böyük müharibə yaxınlaşır” dedi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qlobal müharibə ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində danışıb.

“Vəziyyəti gərginləşdirmək istəmirəm, amma dünyadakı durum çox təhlükəlidir. Hazırkı situasiya elə formaya gəlib çıxa bilər ki, müəyyən bir məqamda hər şey nəzarətsiz bir dönüşə çevrilər”, – deyə Medvedev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, qlobal müharibə təhlükəsi çox yüksəkdir və azalmır.

Medvedev həmçinin 1947-ci ildə ABŞ-ın “The Bulletin of the Atomic Scientists” jurnalı tərəfindən hazırlanmış “Qiyamət Saatı”nın əqrəblərini də xatırladıb. Siyasətçi qeyd edib ki, illər ərzində saniyələr heç vaxt geri çəkilməyib, əksinə, yalnız irəli hərəkət ediblər.

Qeyd edək ki, yanvarın 27-də “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkilib. Bununla da bəşəriyyəti simvolik “nüvə gecəyarısı”ndan cəmi 85 saniyə ayırır. Bu göstərici indiyədək qeydə alınmış ən təhlükəli səviyyədir.

Xatırladaq ki, “Qiyamət Saatı” dünyanın nə qədər risk altında olduğunu göstərən simvolik saatdır. Gecəyarısı – böyük qlobal fəlakət deməkdir (nüvə müharibəsi, iqlim böhranı və sair. İndi “gecəyarısına” cəmi 85 saniyə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]