Ağstafa rayonunun icra başçısı qazini təhdid edib — VİDEO

Bu gün, 00:04           
Ağstafa rayonunun icra başçısı qazini təhdid edib — VİDEO
Ağstafa rayonunda yaşayan qazi Ələsgərov Rəsul Habil oğlu Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təhdid və təzyiqlərə məruz qaldığını bildirib.
Tribuna.az xəbər verir ki, qazi bununla bağlı ölkə başçısı Prezident İlham Əliyevə müraciət edərək kömək istəyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə maddi dəstək və işlə təmin olunmaq məqsədilə müraciət etdikdən sonra icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işlə təmin olunmaqdır.
Qazi vurğulayıb ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu günədək işlə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb.
Məsələ ilə bağlı Ağstafa rayonu İcra Hakimiyyətinə dəfələrlə sorğu yollasaq da suallarımız cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]