"Psixiatrdan xəbərdarlıq": "Xüsusilə gecə saatlarında neqativ xəbərlərdən uzaq durmaq lazımdır"

9-03-2026, 17:36           
"Psixiatrdan xəbərdarlıq":
"Xüsusilə gecə saatlarında zorakılıq və müharibə səhnələri olan xəbərlərdən uzaq durmaq vacibdir".

Bunu türkiyəli psixiatr Fatma Kiras İHA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yuxu sinir sistemini bərpa edən ən mühüm mexanizmlərdən biridir və həssas qruplar, xüsusilə uşaqlar üçün xəbər axını filtrsiz şəkildə açıq buraxılmamalıdır:

"İnsan beyni təhlükələrə qarşı həssas şəkildə proqramlaşdırılıb. Travmatik görüntülərdən fiziki olaraq uzaqda olsaq belə, beyin onları təhlükə siqnalı kimi qəbul edir. Bu cür görüntülərə uzun müddət məruz qalmaq beynin "siqnal sistemi" sayılan amiqdalanın aktivləşməsinə səbəb olur ki, bu da narahatlıq, yuxu pozuntuları, qəzəb və dözümsüzlük kimi problemlərə yol aça bilər", - deyə o bildirib.

Kirasın sözlərinə görə, xəbərləri müəyyən vaxtlarda və etibarlı mənbələrdən izləmək stresi azaltmağa kömək edir. O, xüsusilə uşaqların travmatik xəbərlərə məruz qalmamasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru