Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda шыэ“CMS Properties” MMC adlı şirkət var

Bu gün, 17:06           
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda шыэ“CMS Properties” MMC adlı şirkət var
Azərbaycanda “CMS Properties” MMC adlı şirkət var, nərə balığı və qara kürü istehsalı ilə məşğuldur. Şirkətin maliyyə vəziyyəti açıqlanıb - 2025-ci ili 2.9 mln. manat xalis zərərlə başa vurub. Şirkətin 2023-cü ildə 19.07 mln. manat olan gəlirləri, 2024-cü ildə 5.26 mln. manata, 2025-ci ildə isə 1.69 mln. manata enməsi son üç ildə satış həcmlərinin ardıcıl azaldığını göstərir.
Yaxşı, dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! Azərbaycanda varsa, bəs nə üçün ziyanla işləyir?!
Normalda bu xəbər çıxıan kimi İqtisadiyyat Nazirliyi bütün işini-gücünü bir kənara qoyub ancaq bu məsələ ilə məşğul olmalı, səbəblərini incələməli, yaranmış problemləri həll etməlidir ki, 2026-cı ildə nəticə dəyişsin.
Bilirsiniz niyə?! Əminəm ki, bu şirkətin ziyanla işləməsinə SƏBƏB olan məsələlər, ölkə iqtisadiyyatının zəifləməsinə SƏBƏB olan məsələlələrlə birə-bir eynidir – yuxarı vergilər, aşırı tənzimləmə, nəzarət mexanizmləri, cərimələr, korrupsiya və s. (əgər elə deyilsə, buyursunlar, səbəblərlə bağlı rəsmi izah, açıqlama versinlər).
Hörmətli nazirlik, əgər bir ölkədə qara kürü satışı ilə məşğul olan şirkət də ziyanla işləyirsə, deməli həmin ölkənin iqtisadi sistemi çürüyüb, artıq çalışmır...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru