"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

Bu gün, 17:44           
"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi
Çinin texnologiya nəhəngi "Alibaba" əməkdaşlarının "Anthropic" şirkətinin süni intellekt əsaslı kod yazma aləti "Claude Code"dan istifadəsini qadağan edib.

Qadağa 10 iyuldan qüvvəyə minəcək. Şirkət "Claude Code"u "yüksək riskli proqram təminatı" kimi qiymətləndirərək əməkdaşlarını özünün hazırladığı "Qoder" platformasından istifadə etməyə yönləndirib.

Qərarın "Claude Code"un Çinlə əlaqəli istifadəçiləri müəyyən etməyə imkan verən mexanizmlərə malik olması ilə bağlı iddialarla əlaqəli olduğu bildirilir. Anthropic isə bu funksiyanın icazəsiz istifadənin və model məlumatlarının qanunsuz mənimsənilməsinin qarşısını almaq üçün sınaq məqsədilə tətbiq edildiyini açıqlayıb.

Bundan əvvəl "Anthropic" Çin şirkətlərinin öz süni intellekt modellərinə çıxışını da məhdudlaşdırıb. "Reuters"ın məlumatına görə, şirkət "Alibaba"nı "Claude" modellərinin nəticələrindən istifadə etməklə öz modelini təkmilləşdirməyə çalışmaqda ittiham edib. "Alibaba" isə bu iddialara münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru