Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI
Bu gün, 17:24

Azərbaycanda banklar debet kartlarında saxlanılan vəsaitə illik faiz gəliri tətbiq edir. Bankların təqdim etdiyi şərtlərə əsasən, faiz hesablanması minimum və maksimum qalıq limitləri çərçivəsində həyata keçirilir.
Kartdakı qalığa ən çox faizi "Azər-Türk Bank"ın “atb premium” kartı verir.
Kart qalığına illik 9% faiz hesablanır. 3000 AZN-dək olan məbləğə faiz tətbiq olunur.
Valyuta.az kartdakı qalığa görə ən çox faiz hesablayan kartları təqdim edir:
Bank Kart Faiz hesablanan məbləğ Kart qalığına hesablanan faiz
Azər-Türk Bank atb premium kart
atb card min. 1000 - 3000 AZN-dək
min. 500 - 1000 AZN-dək 9%
7%
AFB Bank Mono Eco (Debet) min.50 - max. məhdudiyyət yoxdur 8%
Xalq Bank XalqKart PETROL
XalqKart CASHBACK min. 300 - max. 20 000 7%
ABB TamKart Platinum Debet
TamKart Visa Infinite / MC World Elite min. 3000 - max. 100 000 7%
Unibank Ucard 5000 - 50 000 AZN-dək 7%
Bank of Baku Bolkart Debet min. 100 - max. 2000 7%
Expressbank Visa Infinite (Debet)
Mastercard Black Edition (Debet) min. 1000 - max. 30 000 7%
06.07.2026
Mayya Hüseynova

