Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO

Bu gün, 00:08           
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Samir Ağayev adlı şəxs "Kingsmart" supermarketlər şəbəkəsindən aldığı "Lökbatan çörək zavodu"na məxsus çörəyin içindən naməlum qara maddə tapdığını bildirərək kəskin etirazını ifadə edib.

32gun.az bildirir ki Şikayətçinin sözlərinə görə, bu xoşagəlməz halla o, ilk dəfə lap əvvəl, daha sonra isə iyul ayında iki dəfə olmaqla ümumilikdə üç dəfə qarşılaşıb. Çörəyin içindən çıxan və siçan nəcisinə bənzəyən qara rəngli yaxılmış maddəni əlcəklə yoxlayan vətəndaş, bunun qətiyyən xəmir olmadığını müəyyən edib. İlk iki halda səhvlik ola biləcəyini düşünüb məsələyə göz yuman Samir Ağayev, üçüncü təkrarlanmadan sonra artıq bu zavodun məhsullarını almağı dayandırıb və heç kimə məsləhət görmür. Zavodun çörəklərinin digər mağazalarda da satıldığını qeyd edən şikayətçi, məhsulun kağız qablaşdırması üzərində qeyd olunan mobil və şəhər nömrələrinin yalan və qeyri-aktiv olduğunu, bu səbəbdən şikayətlərə baxan bir qurum tapmadığını vurğulayır. Yaranmış antisanitariya və laqeydlik səbəbindən vətəndaş artıq çörəyi yerli mağazalardan deyil, hər gün şəhərdəki işindən qayıdarkən uzaq məsafədən daşımaq məcburiyyətində qaldığını bildirir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru