Dünyanın ən gözəl qadın adı seçildi — Azərbaycanda tək-tükdür

12-03-2026, 00:08           
Dünyanın ən gözəl qadın adı seçildi —
Dünyanın ən gözəl qadın adının hansı olduğu ilə bağlı maraqlı araşdırma açıqlanıb. Aparılan fonetik təhlillərin nəticəsinə görə “Sofiya” adı səslənmə baxımından ən gözəl qadın adı hesab edilib.

Demokrat.az-ın məlumatına görə araşdırma Böyük Britaniyanın Birmingham Universitetinin koqnitiv dilçilik sahəsində çalışan alimi Bodo Winter tərəfindən aparılıb. Tədqiqat zamanı müxtəlif dillərdə 100-dən çox qadın adı iştirakçılara dinlədilib və onların reaksiyası qeydə alınıb. Qiymətləndirmə zamanı adların fonetik ahəngi, səslənmə ritmi və insanların emosional reaksiyası nəzərə alınıb.

Nəticələr göstərib ki, “Sofiya” adı ən yüksək bal toplayaraq siyahının ilk pilləsində qərarlaşıb. Alimlərin fikrincə, bu adın üstünlüyü onun yumşaq səslənməsi və müxtəlif dillərdə asan tələffüz olunması ilə bağlıdır.

Qeyd edək ki, “Sofiya” adı qədim yunan mənşəlidir və “müdriklik” mənasını verir. Ad dünyanın bir çox ölkəsində geniş yayılıb və son illərdə yeni doğulan qız uşaqları üçün ən çox seçilən adlardan biri sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru