170 qız olan məktəbdə necə 180 nəfər uşaq ölüb? - Bəs bu məktəbdə müəllimlər omayıb? MÖVQE

12-03-2026, 09:44           
170 qız olan məktəbdə necə 180 nəfər uşaq ölüb? - Bəs bu məktəbdə müəllimlər omayıb? MÖVQE
Çox həssas bir mövzuda çox dəhşətli bir hadisəyə şübhəylə yanaşanlardan biri olmağımdan məmnun deyiləm. Ona görə də bu şübhələrim dağıdan tapılsa üzr istəyəcəm.
Yenidən bu mövzuya qayıtmağıma səbəb isə adı beynəlxalq qalmaqala səbəb olmuş Minab qızlar məkdəbidi.
Ən son ˝ məlumata˝ görə məktəbdə, sən demə 180 qız uşağı ölübmüş.
Buna isə artıq ˝ ağ yalandı˝ demək olar, çünki ən başından məktəbdə cəmi 170 uşaqın oxuduğu elan edilmişdi.
Belə çıxır ki onunu da kənardan gətirib orda öldürüblər.
Maraqlıdır ki məktəbdə müəllimlərin də ölmə ehtimalı ya heç kimin yadına düşmür, ya müəllimlər ölməyiblər. ˝ Roketin˝ hədəfində yalnız uşaqlar olub.
Bilirsiz ki “erməni soyqırımında” ölənlərin sayının 1,5 milyona çatdırılmasında Rusiyanın müstəsna iştirakı və rolu olub. Dünən lavrov Minabda bombalanan məktəbdə ölən uşaqların sayının 170 olduğunu söylədi. Əlbəttə, bu da yalandı. Çünki, ən azından, dərs davamiyəti deyilən bir anlayış var.
˝ Rəsmi mənbələr˝ daha ˝ abırlıdılar˝. Ölənlərin sayını 168-180 arası söyləyirlər. Bu gün feysdə bir azərbaycanlı itifadəçi sayı arasız-zadsız 180 yazıb.
Nəzərə alsaq ki bu hesaba ən başından cəmi 51 ölü sayı ilə start verilmişdi, o zaman ortada yalan, yaxud ˝ çuvalda cida˝ gizlətmək cəhdləri olduğundan sizlər də şübhələnməlisiz.
İndi bir daha qayıdaq şübhələrə:
Yeddidən yetmişə--az qala, hamının əlində smart telefon olmasına rəğmən, nə sosial şəbəkələrdə, nə də ittiham tərəfində dağıntılar altından ölü ya diri uşaqların çıxarılmasına dair görüntülər, kütləvi dəfn görüntüləri, ölən uşaqların adlı siyahısı, yaxud qəbirlərinin görüntüsü, valideyinlərin fəryadları, hətta adi ifadələri belə yoxdur. Yeganə görüntü dağıdılmış binadı və süni intellektlə hazırlanmış saxta şəkillər.
Əslində isə bu vəhşilik hadisəsini təsdiqləməyin, mübahisələrlə və şübhələrlə böyümüş çək-çevirdən qutarmağın yolu çox sadədir.
Yani, heç indi deyildiyi kimi 180 yox, heç o məktəbdə də yox, cəmi Minab şəhərində 28 fevralda eyni gündə, eləcə ilk elan edilən qədər, yani 51 qız uşağıın öldüyünü təsdiq edən adlı siyahı, yaxud qəbir şəkilləri təqdim etmək yetər.
..Amma, süni zəkasız.
Yaqub Babalar
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru