Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Siyahı
12-03-2026, 17:18

“Forbes” jurnalının bu günlərdə açıqlanan milyarderlər siyahısına əsasən, dünyanın ən zəngin qadınları arasında əsasən iri ailə bizneslərinin varisləri və böyük şirkətlərin sahibləri yer alır.
Valyuta.az xəbər verir ki, siyahıda müxtəlif sahələrdə fəaliyyət göstərən qadın milyarderlər üstünlük təşkil edir.
Reytinqə Alis Uolton (Alice Walton) başçılıq edir. “Walmart” şirkətinin varisi olan Uoltonun sərvəti 131,6 milyard dollar təşkil edir və son hesablamalara görə 696,8 milyon dollar və ya 0,53% artım qeydə alınıb.
Элис Уолтон
Siyahının növbəti pilləsində Fransuaza Bettankur Meyers (Françoise Bettencourt Meyers) və ailəsi yer alır. “L'Oréal” kosmetika nəhənginin varislərindən olan Meyers ailəsinin sərvəti 90,9 milyard dollar təşkil edir və son hesablamalara görə 32,2 milyon dollar və ya 0,04% artım göstərib.
Üçüncü yerdə Culiya Koç (Julia Koch) və ailəsi qərarlaşıb. “Koch, Inc.” şirkəti ilə bağlı sərvəti 81,1 milyard dollar olaraq qiymətləndirilir.
In Philanthropy
Dördüncü pillədə Jaklin Mars (Jacqueline Mars) yer alıb. O, şirniyyat və ev heyvanları üçün yem istehsalı ilə məşğul olan “Mars” şirkətinin varislərindən biridir və sərvəti 49,1 milyard dollar təşkil edir.
Jacqueline Mars
Beşinci sırada İris Fontbona (Iris Fontbona) və ailəsi qərarlaşıb. Çilili milyarder əsasən mədənçilik sahəsindəki investisiyaları ilə tanınır və sərvəti 48,3 milyard dollar təşkil edir. Son hesablamalara görə onun sərvəti 1,8 milyard dollar və ya 3,95% artıb.
Iris Fontbona
Altıncı pillədə Rafaela Aponte-Diamant yer alır. Göndərmə sektorunda fəaliyyət göstərən biznesmen qadının sərvəti 44,5 milyard dollar olaraq qiymətləndirilir və son göstəriciyə görə 0,6 milyon dollar azalma qeydə alınıb.
Meet Rafaela Aponte-Diamant
Yeddinci yerdə Savitri Cindal (Savitri Jindal) və ailəsi qərarlaşıb. Polad sənayesində fəaliyyət göstərən ailənin sərvəti 37,5 milyard dollar təşkil edir və 819 milyon dollar və ya 2,23% artım qeydə alınıb.
Savitri Jindal
Səkkizinci sırada Miriam Adelson və ailəsi yer alır. Kazino biznesi ilə tanınan Adelson ailəsinin sərvəti 36,5 milyard dollar təşkil edir və 154,7 milyon dollar və ya 0,42% artım göstərib.
Miriam Adelson
Doqquzuncu yerdə Cenq Şulyanq (Zheng Shuliang) və ailəsi qərarlaşıb. Alüminium məhsulları sahəsində fəaliyyət göstərən ailənin sərvəti 35,5 milyard dollar təşkil edir və 608,3 milyon dollar və ya 1,74% artım qeydə alınıb.
Zheng Shuliang və ailəsi
Onuncu pillədə isə Ebiqeyl Conson (Abigail Johnson) yer alır. Maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən Johnsonun sərvəti 33,1 milyard dollar olaraq qiymətləndirilir.
Fidelity's Abigail Johnson
Qeyd edək ki, “Forbes” milyarderlərin sərvətini əsasən şirkət səhmlərinin bazar dəyəri və digər aktivlər əsasında hesablayır və siyahını mütəmadi olaraq yeniləyir.

